RU
YAP-çı deputatdan rektorlarla bağlı
18:01
734

YAP-çı deputatdan rektorlarla bağlı

`Dövlət universitetlərinin rektorlarından kiminsə adı Yeni Azərbaycan Partiyasının (YAP) seçki siyahısında olacaqsa, həmin şəxslərin rektorluqdan gedəcəyi ilə bağlı mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir`.

Bu barədə açıqlamasında YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

O, qeyd edib ki, modern.az saytı heç bir mənbəyə əsaslanmadan belə bir məlumat yayıb və yalan xəbərə görə təkzib verəcək: `Deputat olacaq şəxslərin rektorluqdan azad ediləcəyi ilə bağlı informasiya həqiqəti əks etdirmir. Əgər belə bir xəbər olsa belə partiyanın seçkilərdə iştirak edəcək namizədlərinin siyahısı açıqlananda bilinəcək`./azvision

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ