RU
YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin IV konfransı
12:24
1842

YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin IV konfransı

Bu gün Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin IV  hesabat-seçki konfransı keçirilib.Konfransda Gəncə şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Elnur Rzayev, AMEA Gəncə Bölməsinin elmi katibi, akademik Fuad Əliyev, YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili  Naqif Həmzəyev, ziyalılar, fəal gənclər, media nümayəndələri iştirak ediblər.

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev açaraq, konfrans iştirakçılarını salamlayıb, bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, nəinki ölkənin, regionun aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, sıralarının kəmiyyət və keyfiyyət baxımından zənginləşməsindən danışıb. Bildirib ki, hazırda partiya üzvlərinin çoxunu gənclər təşkil edir. Bu fakt gənclərin Heydər Əliyev ideyalarına sədaqəti, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamının göstəricisidir. Naqif Həmzəyev  cənab İlham Əliyevin bütün göstəriş və tapşırıqlarının qədim Gəncədə şəhər rəhbərliyinin yüksək təşkilatçılığı ilə yerinə yetirildiyini diqqətə çatdırıb, şəhərin inkişaf və tərəqqisində gənclərin geniş fəallığına xüsusi önəm verildiyini vurğulayıb, dövlət gənclər siyasəti, respublikada  aparılan quruculuq-abadlıq işləri, yerli gənclərin sosial-iqtisadi və mədəni həyatında iştirakından danışıb.

Gənclər Birliyinin sədr müavini, gənc alim, Prezident təqaüdçüsü Elnur Həsənov Gənclər Birliyinin  3 il ərzində fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edərək, ölkəmizdə layiqincə həyata keçirilən dövlət gənclər siyasəti və bu siyasətin uğurlu bəhrələrindən danışıb. Bildirib ki, bu gün YAP Gəncə şəhər Təşkilatının 35 032 nəfər üzvünün 19 535 nəfərini gənclər təşkil edir.Son 3 il ərzində 8095 gənc partiya sıralarına qəbul edilib.Hal-hazırda 19 535 partiya üzvü olan gənc var ki, onlardan 14 750 nəfəri qadınlardır.YAP Gəncə şəhər Təşkilatının II hesabat-seçki konfransından bu günə kimi 157 ərazi partiya təşkilatında Gənclər Birliyinin özək təşkilatı yaradılıb.

Gənclər şəhərin ictimai-siyasi həyatında fəal iştirak edir, bütün sahələrdə, həmçinin elmdə, təhsildə böyük uğurlar qazanırlar. Fəaliyyət dövrü ərzində 200-dən çox təlimlərdə  minlərlə  gənc iştirtak edib.  YAP Gəncə şəhər Təşkilatı hər ayın birinci bazar ertəsi gənclər ücün müxtəlif mövzularda  “Açıq qapı” təşkil edir ki, bu da gənc pariya üzvlərinin ictimai-siyasi fəallığının artmasına xidmət edir. Bu nailiyyətlər  2016-cı il üçün Avropanın gənclər paytaxtı Gəncənin hər bir gəncinin fəallığının, təşəbbüskarlığının göstəricisidir.

Gənclər adından Sabir Xıdırlı, Esmiralda Hüseynova  və başqaları çıxış edərək, Yeni Azərbaycan Partiyası sıralarında aparılan gəncləşmə siyasətindən, dövlət quruculuğu sahəsində qazanılan uğurlardan danışıblar.Bildiriblər ki, Yeni Azərbaycan  Partiyası  ilə bağlılıq onların bu nüfuzlu siyasi təşkilatda böyük inamdan, həyata keçirilən uğurlu islahatda fəal iştirak etmək istəyindən qaynaqlanır.

Konfransın qətnaməsi və qərarı qəbul olunub. Tədbir iştirakçıları YAP Gənclər Birliyinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Sonra konfransda təşkilati məsələlərə baxılıb. YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin şura və idarə heyətinin üzvləri, sədr və müavinləri seçilib. Konfrans iştirakçılarının yekdil rəyi ilə Turan Məmmədzadə YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri seçilib.

YAP-ın Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, Gəncə şəhər İcra Hakimiyyətinin birinci müavini Elnur Rzayev, AMEA Gəncə Bölməsinin elmi katibi, akademik Fuad Əliyev çıxış edərək, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin yeni sədrini və heyətini təbrik edib, gələcək işlərində nailiyyətlər arzulayıblar. Gəncə gənclərinin daim dövlətçiliyimizə, ulu öndərə sədaqətli olduqlarını, bundan sonra da yeni zəfərlərə imza atacaqlarına əmin olduqlarını bildiriblər.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət oxunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ