RU
YAP-ın nümayəndə heyəti Vyetnamda rəsmi səfərdə
12:59
424

YAP-ın nümayəndə heyəti Vyetnamda rəsmi səfərdə

Vyetnam Kommunist Partiyasının dəvəti ilə Vyetnamda rəsmi səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti səfərinin ikinci günü də ölkənin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirib.

Vyetnam Kommunist Partiyası Hanoy şəhər komitəsi birinci katibinin müavini xanım Nqo Than Xanq, Vyetnnamın Xarici İşlər nazirinin müavini Vu Hong Nam, Vyetnam-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Azərbaycan Dövlət Universitetinin məzunu Nqem Vu Hay və onun müavinləri ilə görüşlər keçirilib.
Bundan başqa, YAP Gənclər Birliyinin sədri Seymur Orucov Xo Şi Min adına Vyetnam Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinin birinci katibi Nguyen daDç Vinlə görüş keçirib.
Görüşlərdə Vyetnamla Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı səfərlərin davam etdirilməsi, həmçinin, Azərbaycan ilə Vyetnam arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Bütün görüşlər barədə yerli telekanallarda geniş reportajlar verilib.
Nümayəndə heyətinə YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mubariz Qurbanli, YAP İcra katibliyinın siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə və YAP Gənclər Birliyinin sədri Seymur Orucov daxıldır.

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ