RU
YAP siyahını sabah açıqlayacaq
10:08
1050

YAP siyahını sabah açıqlayacaq

Hakim partiyanın seçkilərdəki namizədləri arasında 25-30 yeni simanın yer alacağı deyilir

Məlum olduğu kimi, noyabrın 1-də Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. İndiyə qədər əksər siyasi təşkilatlar seçkilərdə iştirakla bağlı qərarlarını verərək, namizədlərini açıqlayıblar. Onlardan yalnız ikisi hələ də gözləmə mövqeyindədir.

7News.Az xəbər verir ki, gözləmə mövqeyində olanlardan biri AXCP və Milli Şuradır. Təqribən eyni tərkiblə seçkilərə qatılmaq istəyən bu siyasi qurumlar hələlik mövqelərini qətiləşdirməyiblər. AXCP rəsmiləri bildirir ki, seçkilərin hakimiyyət tərəfindən saxtalaşdırılacağına əmin olduqlarından prosesə qatılmaq istəmirlər. Amma belə mühüm siyasi prosesdən tam kənarda qalacaqları da inandırıcı görünmür.

Digər bir siyasi təşkilat isə hakim Yeni Azərbaycan Partiyasıdır (YAP). JAM.AZ bildirir ki, hakim partiya seçkilərə qatılmaq məsələsində tərəddüd etməsə də, namizədlərinin siyahısını açıqlamağı yubadır. Bir neçə gün əvvəl partiyanın aparıcı fiqurlarından biri olan, hazırda prezidentin ictimai-siyasi məsələlər üzrə müşaviri Əli Həsənov bəyan etmişdi ki, namizəd siyahıları hazırdır, lakin açıqlamaq üçün bir qədər gözləyəcəklər.

Əldə etdiyimiz məlumata görə, YAP parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını sabah, həftənin cümə günü açıqlamaq fikrindədir. JAM.AZ-a verilən məlumata görə, həmin siyahıda total dəyişiklik edilməsə də, yeniliklər olacaq. İlkin informasiyalara görə, hakim partiyanın yeni siyahısında 25-30 nəfərlik bir dəyişiklik nəzərdə tutulub. Onların konkret olaraq kimlər olduğu hələlik məlum deyil. Amma partiya bütün dairələrdən namizədlə çıxış edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ