RU
YAP Xətai rayon təşkilatı inşa yazı müsabiqəsinə və şahmat turnirinə start verib
17:52
63

YAP Xətai rayon təşkilatı inşa yazı müsabiqəsinə və şahmat turnirinə start verib

44 günlük İkinci Qarabağ müharibəsində şanlı Zəfərimizdən üç il keçir.

Bu münasibətilə müxtəlif səpkili tədbirlər təşkil olunur. Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı da Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər keçirir. Zəfər Günü münasibətilə  Xətai rayon məktəbliləri  arasında təşkil olunan "Zəfər zirvəsinə yüksələn qəhrəmanlar" mövzusunda inşa yazı müsabiqəsi və şahmat turniri də bu tərkibdəndir.

İnşa yazı müsabiqəsinin və şahmat turnirinin qalibləri 6 noyabr 2023-cü il tarixində  YAP Xətai rayon təşkilatında diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ