Yaponiya beynəlxalq anti-İŞİD koalisiyasına qoşulmağa hazırlaşmır.
Bu barədə Yaponiyanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Rasuxisu Kavamuru bildirib.
“Yaponiya İŞİD-ə qarşı hərbi əməliyyatlar aparan koalisiyada iştirak eləmək niyyətində deyil. Həmçinin, İŞİD-ə qarşı koalisiyaya logistik köməyin, bombardmanların və digər hərbi hərəkətlərin təmin edilməsində dəstək də nəzərdə tutulmur” – qeyd edib XİN rəsmisi.
Bununla belə, XİN sözçüsü əlavə edib ki, Yaponiya qaçqınlara humanitar köməyi əsirgəməyəcək.
Az öncə İŞİD əleyhinə quru əməliyyatlarının aparılması ilə bağlı təklif səslənmişdi.//musavat
7news.az








