RU
Yaponiya
16:04
61

Yaponiya "Bayraktar TB2"-ni sınaqdan keçirəcək


Türkiyədə istehsal edilən silahlı dronlara xaricdən tələbat artmaqda davam edir. Texnologiya nəhəngi Yaponiyanın da "Bayraktar TB2"-dən sınaq məqsədilə istifadə edəcəyi və sınaqdan keçirəcəyi bildirilib.

7NEWS.az xəbər verir ki, Yapon milli mətbuatının məlumatına görə, "Bayraktar TB2”nin Qarabağ və Ukrayna müharibələrində qazandığı uğurlardan sonra bu sahədə Yaponiya ordusunun üstünlükləri siyahısına daxil olduğu qeyd edilib.

Mətbuatda Yaponiya Müdafiə Nazirliyinin 2023-cü maliyyə ili büdcəsi çərçivəsində "Bayraktar TB2”nin sınaq məqsədilə istifadə ediləcəyi və Yaponiya Quru Özünümüdafiə Qüvvələri tərəfindən sınaqdan keçiriləcəyi bildirilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ