Yaponiya Müdafiə Nazirliyi ordunun hücum qabiliyyətini dəstəkləmək üçün büdcənin 12 faiz artırılmasını istəyib.
7NEWS.az xəbər verir ki, Yaponiyanın Müdafiə Nazirliyi Şimali Koreya təhlükəsi və Çin ordusunun irəliləməsi qarşısında ölkə ordusunu daha da gücləndirmək üçün qabaqcıl radar və uzaqmənzilli qanadlı raketlərə malik iki döyüş gəmisini əhatə edən büdcənin təxminən 12 faiz artırılmasını tələb edir. 2024-cü maliyyə ili üçün tələb olunan məbləğ 7,7 trilyon yen (52,5 milyard dollar) təşkil edir ki, bu da ölkə tarixində rekord göstəricidir. Bu artan tələbin mənbəyi dekabr ayında baş nazir Fumio Kişida hökumətinin qəbul etdiyi yeni təhlükəsizlik strategiyasıdır. Bu strategiyaya əsasən, beş illik sürətli hərbi gücləndirmə həyata keçiriləcək. 2024-cü il bu beşillik proqramın ikinci ili olacaq.
7NEWS.az








