Yaponiya hökumətinin baş katibi Yosixide Suqa Rusiya prezidenti Vladimir Putinin gecikməsini şərh edib.
7News.Az rus KİV-nə istinadən xəbər verir ki, baş katib bu haqda Tokiodakı mətbuat konfransında danışıb. Onun sözlərinə görə, rusiyalı liderin Yaponiya gəlişi zamanı 3 saat gecikməsi diplomatik addım deyil. O, "Biz hesab edirik ki, sadəcə adi gecikmədir. Bu, ikitərəfli görüşə təsir etməyəcək ",-deyib.








