Yaponiyanın Ankaradakı səfirliyindən verilən açıqlamaya görə, PKK Yaponiyanın İctimai Təhlükəsizlik Kəşfiyyat İdarəsinin (PSIA) terror təşkilatları siyahısına daxil edilib.
7NEWS.az xəbər verir ki, Ankara səfirliyindən verilən açıqlamada, PSİA-nın beynəlxalq terror təşkilatları siyahısının yer aldığı internet saytının bir neçə gün əvvəl yeniləndiyi və daha əvvəl siyahıya daxil edilməyən PKK-nın da siyahıya əlavə edildiyi bildirilib.
7NEWS.az








