RU
Yaponiya KXDR-yə qarşı sanksiya siyahısını genişləndirdi
10:10
366

Yaponiya KXDR-yə qarşı sanksiya siyahısını genişləndirdi

Yaponiya Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiya siyahısına dörd Çin və iki Namibiya şirkətini daxil edərək onu genişləndirmək qərarına gəlib.

Bu barədə cümə günü Yaponiya hökuməti məlumat yayıb.

Xüsusilə, KXDR-in raket və nüvə proqramları ilə əlbir olmaqda şübhəli bilinən Çin bankı "Dandong” sanksiyalara məruz qalıb. İddiaya görə, siyahıya adı daxil edilən Namibiya şirkətləri KXDR-dən işçi qəbulunda şübhəli bilinirlər. Siyahıya, həmçinin bir Çin və bir KXDR vətəndaşı da düşüb./report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ