7NEWS.az xəbər verir ki, Yaponiya müdafiə nazirinin müavini Minazava ABŞ-a məxsus CV-22 Osprey tipli hərbi təyyarənin qəzaya uğraması ilə bağlı mətbuat konfransı keçirib. Minazava, "ABŞ Hərbi Hava Qüvvələrinin Yokota Hava Bazasına məxsus CV-22 Osprey təyyarəsi Kaqoşima prefekturasının Yakuşima sahillərində suda təcili eniş edib. Bu hadisə ilə əlaqədar müdafiə naziri müvafiq bölmələrdən zərərçəkənlərin olub-olmadığını təsdiqləmək üçün Yaponiya Sahil Mühafizəsi ilə birgə işləməyi, xilasetmə əməliyyatlarının həyata keçirilməsi üçün bütün səyləri göstərməyi və hərtərəfli məlumat toplamağı xahiş edib. Ən yaxşı nəticələrin əldə edilməsi üçün səylərin göstərilməsi və aidiyyəti qurumlarla əməkdaşlığın təmin edilməsi ilə bağlı tapşırıqlar verilib"-deyib
7NEWS.az








