RU
Yaponiya sahillərində qəzaya uğrayan ABŞ hərbi təyyarəsinin qalıqları tapılıb
14:16
29

Yaponiya sahillərində qəzaya uğrayan ABŞ hərbi təyyarəsinin qalıqları tapılıb


Ötən həftə Yaponiya sahillərində qəzaya uğrayan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Osprey” tipli hərbi təyyarənin qalıqlarının tapıldığı bildirilib.

7NEWS.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri Xüsusi Hərəkat Komandanlığından verilən açıqlamada noyabrın 29-da qəzaya uğrayan Osprey hərbi təyyarəsinin qalıqlarını tapmaq üçün dalış edən ABŞ və Yaponiya qrupunun işi haqqında məlumat verilib. Açıqlamada dalğıcların təlim uçuşu zamanı Yakuşima adası yaxınlığında qəzaya uğrayan təyyarənin qalıqlarına çatdığı və qəzada həlak olan əsgərin cəsədinin tapıldığı, itkin düşən 7 cəsədin axtarışlarının davam etdiyi bildirilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ