7NEWS.az xəbər verir ki, Yaponiyada artıq dünyanın ən sürətli superkompüterlərindən biri olan Fuqaku var. Bununla belə, yapon alimləri yaxın illərdə bu sistemi böyük təkmilləşdirmə ilə növbəti mərhələyə keçirməyi planlaşdırırlar. Fuqaku Next superkompüteri, digər kompüterlərdən təxminən min dəfə daha sürətli olacaq.








