RU
Yaponiya təhqiqatçıları mini-qaraciyər yaratdı
16:03
970

Yaponiya təhqiqatçıları mini-qaraciyər yaratdı

Yaponiyanın Yokohama Universitetinin təhqiqatçıları bir neçə millimetr ölçüsü olan və insan qaraciyərinin funksiyalarını həyata keçirən mini-qaraciyər yaradıblar.

Bu barədə 7News.az Yaponiyanın "NHK" telekanalına istinadən xəbər verir.

Alimlər kəşflərini inkişaf zamanı müxtəlif daxili orqanlara şəklini dəyişmə qabiliyyətində olan gövdə hüceyrələri vasitəsi ilə yaradıblar.

Təhqiqat qrupunun rəhbəri professor Hideki Taniguti deyib ki, yetişdirilən mini-qaraciyər zərərli maddələrin insanın təbii qaraciyəri ilə eyni qaydada effektiv emal etmə (süzmə) qabilliyətinə malikdir. Mini-qaraciyər həmçinin, qana lazım olan zülalı müvəffəqiyyətlə istehsal edir.

Alimlər ixtiralarının 2019-cı ildə kliniki təhqiqatlarına başlamaq fikrindədirlər. Planlara əsasən, yetişdirilən mini-orqanlar qaraciyər xəstəliklərindən ağır formada əziyyət çəkən pasientlərə köçürüləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ