RU
Yaponiya Ukraynaya 7 milyard dollarlıq dəstək vəd edib
14:28
28

Yaponiya Ukraynaya 7 milyard dollarlıq dəstək vəd edib


Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşündə Ukraynaya ümumilikdə 7,6 milyard dollar dəstək verəcəklərini açıqlayıb. 

7NEWS.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsindən 1 il sonra Yaponiyanın Ukraynaya dəstəyi gəldi. Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşündə Kiyevə ümumilikdə 7,6 milyard dollar yardım göstərəcəyini vəd edib. Brüsseldə NATO toplantısı çərçivəsində Kuleba ilə görüşən Hayaşi, baş nazir Fumio Kişidanın Ukraynaya son səfərini xatırladıb və deyib ki, bu səfər Yaponiyanın qanunun aliliyinə əsaslanan açıq və azad beynəlxalq nizamı qorumaq əzmini nümayiş etdirir. Kuleba isə Kişidanın Kiyevə səfərinin Ukrayna ilə yanaşı beynəlxalq ictimaiyyətə də mühüm mesaj verdiyini bildirib. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ