RU
Yaponiya və Çin arasında gərginlik
00:40
313

Yaponiya və Çin arasında gərginlik

Çinə məxsus hərbi gəmi Şərqi-Çin dənizində yerləşən mübahisəli arxipelaq ərazisində Yaponiyanın ərazi sularını pozub.

7news.az xəbər verir ki, bölgədə Çinə aid olan 3 hərbi gəmidən biri Yaponiyaya məxsus dəniz sularına daxil olub.

Yaponiyanın sahil təhlükəsizlik xidmətinin verdiyi məlumata görə, sözügedən gəmi 1 saat 10 dəqiqə ərazidə qaldıqdan sonra oranı tərk edib.

Qeyd edək ki, Şərqi-Çin dənizində yerləşən 5 ada və qayalıqlardan ibarət olan arxipelaqlar Çin, Yaponiya və Tayvan arasında mübahisəli ərazilərdir.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ