RU
Yaponiya və Rusiya arasında anormal situasiya
13:54
378

Yaponiya və Rusiya arasında anormal situasiya

Yaponiya Krımın qanunsuz ilhaqına görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyəcək.
 
Bunu Yaponiya parlamentində çıxışı zamanı Baş nazir Sindzo Abe söyləyib. Onun sözlərinə görə, artıq 70 ildən çoxdur ki, Yaponiya və Rusiya arasında həll olunmasına ehtiyac olan anormal situasiya hökm sürür:
 
"Bizim Kuril adaları ilə bağlı problemimiz var. Burada yaşayan soydaşlarımız artıq yaşlanırlar və bunun üçün problemi bizim nəslin dövründə həll etmək lazımdır”.
 
Qeyd edək ki, Yaponiya Rusiyaya sanksiyaları 2014-cü ilin dekabrından etibarən tətbiq etməyə başlayıb. Rəsmi Tokionun hazırladığı qara siyahıya Rusiyanın 40-dan çox vəzifəli şəxsi və 14 təşkilatın adı daxil edilib.
 
Bir neçə ay öncə Moskva Yaponiya ilə münasibətləri normallaşdırmaq üçün Kuril adaları ilə bağlı danışıqlara başlayacağını bəyan edib. Sonradan Kreml Kuril adalarının Yaponiyaya verilməyəcəyini söyləyib.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ