7NEWS.az xəbər verir ki, Sudanda aprelin 15-də hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (RSF) ilə ordu arasında başlayan qarşıdurma səbəbindən xarici vətəndaşların ölkədən çıxarılması davam edir. İki tərəf arasında 72 saatlıq atəşkəs elan edilərkən, Yaponiya hökumətindən bölgədəki vətəndaşlarının vəziyyəti ilə bağlı açıqlama gəldi. Yaponiyanın baş naziri Fumio Kişida Sudanı tərk etmək istəyən bütün Yaponiya vətəndaşlarının ölkədən təxliyə edildiyini açıqlayıb. Yaponiya Özünümüdafiə Qüvvələrinə (SDF) məxsus təyyarə ilə 45 Yaponiya vətəndaşı və ailəsinin ölkəni tərk etdiyi barədə məlumatı paylaşan Kişida digər 8 nəfərin də Fransa və beynəlxalq təşkilatların köməyi ilə təxliyyə edildiyini bildirib.
7NEWS.az








