RU
Yaponiyada 140 ildə ilk dəfə yetkinlik yaşı azaldıldı
12:45
637

Yaponiyada 140 ildə ilk dəfə yetkinlik yaşı azaldıldı

Yaponiyada 140 ildə ilk dəfə olaraq yetkinlik yaşı 18-ə endirilib.

Bu barədə məlumatı Yaponiya Ədliyyə Nazirliyinə istinadən "Japan Times” yayıb.


Məlumata görə, Mülki Məcəllənin hazırkı islahatına qədər ölkədə yetkinlik yaşı 20 yaş hesab olunurdu.

Sözügedən düzəliş qüvvəyə mindikdən sonra Yaponiyada gənclər 18 yaşından etibarən valideynlərinin razılığı olmadan qanuni müqavilələr bağlamaq hüququna malik olacaqlar. Bunlara mobil telefon almaq, avtomobil krediti və kredit kartları əldə etmək, mənzil kirayəsi ilə bağlı müqavilələr daxildir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ