7NEWS.az xəbər verir ki, Yaponiyada baş verən helikopter qəzalarına yenisi əlavə edilib. Yaponiya Özünümüdafiə Qüvvələrinə (SDF) məxsus hər birində 4 ekipaj üzvü olan iki hərbi helikopter dünən Sakit Okeanda keçirilən təlim zamanı qəzaya uğrayıb. QSD-nin verdiyi açıqlamada yerli vaxtla saat 22.38 və 23.04-də SH-60K tipli helikopterlərlə əlaqənin kəsildiyi, bölgədə başladılan axtarış əməliyyatları zamanı bir nəfərin cansız cəsədinin tapıldığı bildirilib. Qəzadan sonra itkin düşən 7 nəfərin axtarışlarının davam etdiyi bildirilərkən, SH-60K tipli helikopterlərin iştirak etdiyi bütün təlimlərin müvəqqəti olaraq dayandırıldığı bildirilib.
7NEWS.az








