Sabahdan etibarən qüvvəyə minməsi gözlənilən "Ampil" tayfunu ilə əlaqədar Yaponiyada həyəcanlı vəziyyət elan edilib. Ölkədə ən azı 497 aviareys ləğv edilib.
7NEWS.az xəbər verir ki, Yaponiyanın Kanto və Tohoku bölgələri başda olmaqla ölkənin müxtəlif bölgələrinə təsir edəcəyi gözlənilən "Ampil” tayfunu səlahiyyətliləri təşvişə salıb. Yaponiya Meteorologiya Agentliyinin (JMA) verdiyi şiddətli yağış və tufan xəbərdarlığından sonra sabaha planlaşdırılan ən azı 497 reys ləğv edilib. Aviaşirkətlər daha çox reyslərin ləğv oluna biləcəyi barədə xəbərdarlıq edib. Dəmir yolu operatoru Mərkəzi Yaponiya Dəmiryolu sabah Tohoku, Joetsu, Hokuriku və Yamaqata yüksək sürətli qatar xətlərində xidmətlərin qismən dayandırılacağını açıqladı. Tokaido yüksək sürətli qatar xəttindəki Naqoya və Tokio stansiyaları arasındakı xidmətlər sabah tədbir olaraq dayandırılacağı halda, ölkə daxilində bir çox yerli qatar xəttində fasilələrin olacağı bildirildi.
7NEWS.az








