7NEWS.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, Miyaqi prefekturasının Sakit okean sahillərində 5,5 bal gücündə zəlzələ baş verib. Yerli vaxtla saat 04.33-də və 60 kilometr dərinlikdə baş verən zəlzələdən sonra bölgədə "nəhəng dalğa” xəbərdarlığı edilməyib. Bildirilib ki, zəlzələ bütün şimal-şərq əyalətlərində, xüsusilə yaxınlıqdakı İvate və Fukusima əyalətlərində hiss olunub.
7NEWS.az








