RU
Yaponiyada 5,8 bal gücündə zəlzələ oldu
11:50
27

Yaponiyada 5,8 bal gücündə zəlzələ oldu

Yaponiyanın mərkəzi hissəsində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri Tokio ilə qonşu olan Çiba prefekturasında, 50 kilometr dərinlikdə yerləşib.

İlkin məlumata görə, zəlzələ nəticəsində tələfat və ya dağıntı qeydə alınmayıb.

Yeraltı təkanlardan dərhal sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilsə də, vəziyyət yenidən qiymətləndirildikdən sonra xəbərdarlıq bir neçə dəqiqə ərzində ləğv olunub.

Qeyd edək ki, zəlzələnin təsirləri paytaxt Tokioda da hiss edilib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ