7NEWS.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) verdiyi açıqlamada, yerli vaxtla saat 16.43-də ölkənin cənub-qərbindəki Miyazaki əyaləti sahillərində 7,1 bal gücündə zəlzələ olduğu açıqlanıb. Açıqlamada zəlzələnin 30 kilometr dərinlikdə baş verdiyi bildirilib. Yaponiya hakimiyyəti Koçi və Miyazaki prefekturaları üçün sunami xəbərdarlığı da edib.
7NEWS.az








