7NEWS.az xəbər verir ki, ötən həftə Yaponiyanın Saqa əyalətindəki fermada quş qripinin H5 mutasiyası aşkar edildikdən sonra epidemiya ölkənin başqa əyalətinə də keçib. İbaraki əyalət administrasiyasından verilən açıqlamada, Kəsəmə şəhərindəki quşçuluq fermasında kütləvi quş qripinə yoluxma hallarının aşkarlandığı bildirilib. Müəssisədə ölü tapılan toyuqlar üzərində aparılan testlərdə quş qripinin H5 mutasiyasının aşkar edildiyi qeyd edilərkən, 72 min ev quşunun məhv ediləcəyi bildirilib.
7NEWS.az








