RU
Yaponiyada 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 236 nəfərə çatıb
14:04
25

Yaponiyada 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 236 nəfərə çatıb


7NEWS.az xəbər verir ki, Yanvarın 1-də Yaponiyanın İşikava əyalətində baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı çox olub.

Yerli hakimiyyət orqanlarından əldə edilən məlumata görə, təbii fəlakətdə həyatını itirənlərin sayı 236-ya yüksəlib. 1176 nəfərin yaralandığı açıqlanarkən, 14556 zəlzələ qurbanının 457 müvəqqəti sığınacaqda yerləşdirildiyi qeyd edildi.

Səlahiyyətlilər, zərər gördüyü təsbit edilən strukturların sayının 41 min 834 olduğunu açıqladı. Hokuriku Elektrik Dağıtım Şirkəti, İşikawa prefekturasının Noto bölgəsində təxminən 3900 ev təsərrüfatında elektrik kəsilməsinin olduğunu, İşikava prefekturasının müxtəlif yerlərində 44960 evdə su kəsilməsinin davam etdiyini qeyd edib.
7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ