Ötən həftə Yaponiyada 11 bankı əhatə edən problem baş verib. 1,4 milyondan çox yerli bank köçürməsi pozulub. İndi bu problemin səbəbi məlum olub.
7NEWS.az xəbər verir ki, Yaponiya Bankirlər Assosiasiyası ödəniş klirinq şəbəkəsi sistemindəki problem səbəbindən ötən həftə 1,4 milyondan çox yerli bank köçürməsinin dayandırıldığını açıqlayıb. Bu sistem uğursuzluğu 11 banka təsir edib və təxminən 400 min əməliyyatın uğursuzluğuna səbəb olub. Üstəlik, çoxlu sayda bankdaxili köçürmələr də bu məsələdən təsirləndi. Araşdırmaya görə, ötən həftə Yaponiyanın ödəniş klirinq sistemində yaşanan problem serverlərdə yaddaşın qeyri-kafi olması ilə bağlı olub.
7NEWS.az








