Yaponiyanın Kavaski şəhərində naməlum şəxs bıçaqla avtobus gözləyən məktəbli qızlara hücum edib.
7News.Az oxu.az-a istinadən xəbər verir ki, birinci sinif şagirdi olan bir qız aldığı yaralardan dünyasını dəyişib.
Hücum nəticəsində azı 16 nəfər xəsarət alıb, onlardan 13-ü "Caritas" məktəbinin 6-7 yaşlı şagirdləridir.
Yaralı qızlardan beşınin vəziyyəti ağırdır, bir orta yaşlı kişi kliniki ölüm vəziyyətindədir.
Hücum edən şəxs yerli hüquq-mühafizə orqanları tərəfindən yaralı, huşsuz vəziyyətdə saxlanılıb.
09:06
Yaponiyanın Kavasaki şəhərində məktəblilərə hücum edən şəxs ölüb.
7News.Az trend-ə istinadən xəbər verir ki, özünə bıçaq zərbəsi endirən silahlı kliniki ölüm vəziyyətində olub və özünə gəlmədən ölüb.
Qeyd edək ki, ötən gün 50 yaşlı kişi Kavasaki şəhərində avtobus gözləyən məktəblilərə və böyüklərə bıçaqla hücum edib.
Hadisə nəticəsində azı 16 nəfər xəsarət alıb.
7News.Az








