Yaponiyanın Gifu prefekturasında gənc əsgər özünümüdafiə qüvvələrinin bazasında atəş açıb, yaralananlar var.
Bu barədə NHK telekanalı məlumat yayıb.
Son məlumatlara görə, azı üç nəfər yaralanıb.
Atəş açan hərbçinin saxlanıldığı, onun yaşının 20-dən az olduğu bildirilir.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.








