RU
Yaponiyada iki təyyarə toqquşub
17:00
104

Yaponiyada iki təyyarə toqquşub


7NEWS.az xəbər verir ki, ötən ay baş verən təyyarə qəzaları ilə dünya gündəminə gələn Yaponiyada daha bir təyyarə qəzası yaşanıb. Bildirilib ki, Osakadakı İtami hava limanının uçuş-enmə zolağında All Nippon Airways aviaşirkətinə məxsus iki təyyarə toqquşub. Aeroport rəhbərliyindən verilən açıqlamada yerli vaxtla saat 10.10-da baş verən qəzada iki təyyarənin qanadlarından bir-birinə yüngülcə dəydiyi qeyd edilib. Hadisə zamanı xəsarət alan olmasa da, 10 reys dayandırılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ