7NEWS.az xəbər verir ki, Yaponiyada kadr çatışmazlığı ilk dəfə tibb bacısı və yaşlılara qulluq xidmətlərində hiss olundu. Sonradan tikinti və yük şirkətlərinə də sirayət edən problem daşımalarda da həyəcan yaratmağa başlayıb. İşçi çatışmazlığı dövlət sektorunda da güclü hiss olunur. Ən böyük problemin yaşandığı sahə təhsildir. Yaponiyanın Təhsil Nazirliyi gələn ilin aprelində yeni tədris ili başlamazdan əvvəl yerli hakimiyyət orqanlarından öz regionlarında nə qədər müəllim və müəllim çatışmazlığı olduğunu bildirməyi xahiş edib. Ötən ilin məlumatlarına görə, 68 əyalətdən 29-da ciddi müəllim çatışmazlığı var.
Ötən il Nazirlik daha çox universitet məzununu müəllimlik peşəsinə cəlb etmək üçün büdcəsi 500 milyon yen (3,1 milyon avro) olan layihəyə start verib. Bununla belə, müşahidəçilər vurğulayırlar ki, özəl sektor böyük şəhərlərdə gənclərə daha yaxşı iş imkanları təklif edir, ona görə də dövlət qulluğu yeni nəsil üçün cəlbedici deyil.
7NEWS.az








