7NEWS.az xəbər verir ki,Yanvarın 1-də Yaponiyanın İşikava prefekturasında baş verən 7,6 bal gücündə zəlzələdən 2 həftə keçməsinə baxmayaraq, təbii fəlakətdə insan itkiləri artmaqda davam edir. Toyama, Niigata, Fukui və Gifu əyalətləri ilə yanaşı İşikavada dağıntılara səbəb olan zəlzələdə həyatını itirənlərin sayı 221-ə yüksəlib. Səlahiyyətlilər yaralıların sayının 1016 nəfərə çatdığını, itkin düşmüş kimi qeydə alınan 22 nəfərin axtarışının davam etdiyini bildirib.
Səlahiyyətlilər zəlzələdən zərər çəkmiş əyalətlərdə ən az 15 min evin zərər gördüyünü, İşikava əyalətinin Noto bölgəsindəki 9 min 100 evdə elektrik kəsilməsinin davam etdiyini, İşikava əyalətində isə qismən su kəsilməsinin davam etdiyini bildirib.
1398 yeraltı təkan olub. Yaponiya Meteorologiya Agentliyi (JMA) 7,6 bal gücündə zəlzələdən sonra indiyədək bölgədə 1398 artçı təkan qeydə alındığını açıqlayıb. Mütəxəssislər zəlzələ bölgəsində seysmik intensivliyi 5 və daha çox olan təkanların ola biləcəyi ilə bağlı xəbərdarlıq edərək, hava şəraitinin pisləşməsinin donma təhlükəsini artıra biləcəyinə diqqət çəkiblər.
7NEWS.az








