7NEWS.az xəbər verir ki, Yaponiyanın Hokkaydo əyalətindəki Rişiri dağında qar uçqunu baş verib. Fəlakət yerli vaxtla 12.30 radələrində baş verən zaman bölgədə çox sayda insanın xizək sürdüyü öyrənilib. Ən azı 3 nəfərin uçqun altında qaldığı açıqlanarkən, bölgədə axtarış-xilasetmə işlərinə başlanılıb.
7NEWS.az








