7NEWS.az xəbər verir ki, Yaponiyada yağan güclü qar həyata mənfi təsir etməkdə davam edir. Qarın qalınlığının 59 santimetrə çatdığı Gifu əyalətində 800 avtomobil magistral yolda qalıb və bir çox uçuşun ləğv edildiyi öyrənilib. Qarın qalınlığının Gifu əyalətində 59, Şiqa əyalətində 50, Hokkaydo əyalətində 21, Qunma əyalətində 17, Tottori əyalətində isə 12 santimetrə çatması sürücülərə çətin anlar yaşadır. Təxminən 800 avtomobil yolun bağlanması səbəbindən Gifu əyalətindəki Meişin Ekspress yolunda qapalı qalıb. Yerli yanğınsöndürmə briqadasının verdiyi açıqlamaya görə, saatlarla tıxacda qalan 1 və 5 yaşlı iki uşaq və 50 yaşlarında bir nəfər xəstələnib. Yaponiya Özünümüdafiə Qüvvələrinin (SDF) komandaları gecə boyu qar kürəyi ilə təmizləmə və avtomobillərin xilasetmə səylərini dəstəkləyiblər.
7NEWS.az








