Yaponiyada təsirli olan "Şanşan” qasırğasının törətdiyi leysan yağışları və torpaq sürüşməsi nəticəsində ilkin təsbitlərə görə 3 nəfər ölüb, 40 nəfər yaralanıb.
7NEWS.az xəbər verir ki, "Kyodo News”un məlumatına görə, Yaponiya Meteorologiya Agentliyi (JMA) rəsmiləri Şanşan qasırğasının ölkənin cənubunda təsirli olduğunu bildirib. Səlahiyyətlilər, güclü yağış və küləyin təsirli olduğu Kaqoşima, Kumamoto və Miyazaki əyalətlərində ilkin məlumatlara görə, 40 nəfərin yaralandığını bildirib. Səlahiyyətlilər tayfun səbəbiylə Aiçi əyalətində baş verən sürüşmədə 3 nəfərin həyatını itirdiyini açıqlayıb və bölgə sakinlərinə baş verə biləcək təbii fəlakətlərə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib.
7NEWS.az








