RU
Yaponiyada qatarda bıçaqlı hücum olub
10:37
30

Yaponiyada qatarda bıçaqlı hücum olub


7NEWS.az xəbər verir ki, Yaponiyanın Osaka əyalətində bıçaqlı hücum çaxnaşması baş verib. Nankai Elektrik Dəmiryolu xəttində qatarda olan bıçaqlı təcavüzkar yerli vaxtla 10:25 radələrində yanında olduğu 3 bıçaqla ətrafdakı insanlara hücum edib. Hadisədən sonra qatar Rinku-Town Stansiyasında dayanarkən, personalın xəbəri üzərinə çoxlu sayda polis qrupu stansiyaya göndərilib. Hücum zamanı yaralanan 1-i qatar işçisi olmaqla 3 nəfərin həyati təhlükəsinin olmadığı açıqlanıb. 37 yaşlı Kazuya Şimizu adlı təcavüzkar stansiyada qatar platformasında bir müddət polisə müqavimət göstərməyə çalışdıqdan sonra nəzarətə götürülüb. Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ