7NEWS.az xəbər verir ki, Yaponiyada fəaliyyət göstərən özəl bir şirkətin qırmızı düyü mayası ilə istehsal etdiyi və pis xolesterolu saldığı iddia edilən qida əlavələri 26 nəfərin xəstəxanaya yerləşdirilməsinə səbəb olub. Şirkətdən verilən açıqlamada bildirilib ki, ötən həftə böyrək çatışmazlığı da daxil olmaqla müxtəlif şikayətlərlə xəstəxanaya yerləşdirilən 6 nəfərlə yanaşı, dünən məhsullardan istifadə edən 20 nəfər də xəstəxanaya yerləşdirilib.
7NEWS.az








