7NEWS.az xəbər verir ki, Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı rekord həddə çatıb və 95 mini keçib. Bu insanların təxminən 90 faizi qadınlardır. Yaşlı əhalinin sayının artması sağlamlıq və sosial yardım xərclərinin artmasına gətirib çıxarır. Ölkədə bunu ödəmək üçün işçi qüvvəsinin azalması isə ciddi böhrandan xəbər verir.








