RU
Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB + VİDEO
10:10
375

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB + VİDEO

Yaponiyanın şimal-şərqində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı üç nəfərə çatıb, 194 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

O da qeyd olunur ki,  təbii fəlakətə görə dünya çiplərinin 17%-ni istehsal edən "Renesas Electronics” şirkətinin üç fabriki fəaliyyətini dayandırıb.

Mənbə: NHK

22:50 (16 mart)

Yaponiyanın şimal-şərqində baş verən güclü zəlzələ nəticəsində bir nəfər ölüb, azı 69 nəfər xəsarət alıb.

Fukusima və Miyaqi prefekturalarında 130 minə yaxın ev işıqsız qalıb.

Tokio da daxil olmaqla şərq prefekturalarında elektrik enerjisinin verilişi bərpa edilib.

Seysmoloqlar bir həftə ərzində yeraltı təkanların təkrarlanacağı barədə xəbərdarlıq ediblər.

Mənbə: NHK

20:31 (16 mart)

Yaponiyanın şimal-şərqində güclü zəlzələ baş verib.

Bu barədə yerli meteorologiya idarəsi məlumat verib.

Zəlzələnin maqnitudası 7,3 ​​bal olub. Ölkədə sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Yaponiyanın meteorologiya idarəsindən verilən məlumata görə, artıq Miyaqi prefekturasında bir metr hündürlüyündə sunami qeydə alınıb. 

İlk dalğalar 10-15 dəqiqəyə şimal-şərq sahillərindəki Miyaqi və Fukusima prefekturalarına çatacaq. Yerli sakinlərdən sahil zolağına yaxınlaşmamaq xahiş olunur.

Mənbə: TASS

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ