RU
Yaponiyada zəlzələdə 8 nəfər yaralanıb
10:50
17

Yaponiyada zəlzələdə 8 nəfər yaralanıb

Yaponiyada baş vermiş zəlzələ nəticəsində səkkiz nəfər yaralanıb.

Bu barədə NHK məlumat yayıb.

Yaponiya ictimai televiziyası bildirib ki, zəlzələnin ən çox hiss olunduğu cənub-qərbdəki Ayti, Koti və Osaka prefekturalarında səkkiz nəfər yüngül xəsarətlər alıb: əsasən yıxılma sonucunda sıyrıqlar və əzik.

Xatırladaq ki, yerli vaxtla aprelin 17-dən 18-nə keçən gecə Yaponiyanın Sikoku və Küsü adaları arasında 6,4 maqnitudalı zəlzələ olub. Teknonik zərbə sunami təhlükəsinə gətirib çıxarmayıb.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ