Təhlükəli "Cebi" qasırğası Rusiyanın Xabarovsk vilayətinə çatıb.
7News.Az trend-ə istinadən xəbər verir ki, meteoroloqlar yaxın 3 gün ərzində burada güclü leysan yağışlar proqnozlaşdırıblar.
Hazırda qeyri-sabit hava şəraiti ilə əlaqədar Saxalin adası ilə bərə əlaqəsi dayandırılıb.
Əhaliyə yaşayış məntəqələrindən uzaqlaşmamaq, sürücülərə sürət həddinə nəzarət etmək barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, Yaponiyada "Cebi" adlı güclü qasırğanın yaxınlaşması səbəbindən 270 aviareys təxirə salınmışdı.
"Cebi" əsrin ən güclü qasırğası hesab olunur.
7News.Az








