7NEWS.az xəbər verir ki, Yaponiya hökumətinin sözçüsü Yoşimasa Hayaşi Çinin qitələrarası ballistik raket sınağını tənqid edib. Sözçü Pekinin Yaponiya ətrafında hərbi fəaliyyətini genişləndirdiyini və "şəffaflığın olmaması ilə bağlı bu hərbi tendensiyanın" ciddi narahatlıq doğurduğunu bildirib.








