7NEWS.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, Sakit okeanın Aomori adasının Hachinohe sahillərində 5,8 bal gücündə zəlzələ baş verib. Yerli vaxtla saat 06.01-də 50 kilometr dərinlikdə baş verdiyi bildirilən zəlzələdən sonra bölgədə "nəhəng dalğa" xəbərdarlığı edilməyib. Zəlzələnin yaxınlıqdakı İvate və Hokkaydo bölgələrində də hiss olunduğu bildirilib.
7NEWS.az








