7NEWS.az xəbər verir ki, Yaponiya Maliyyə Nazirliyi, ixracın 8,3 faiz artaraq 8,98 trilyon yenaya (57 milyard dollar), idxalın isə əvvəlki ilə nisbətən 8,3 faiz artaraq 9,4 trilyon yenaya (60 milyard dollar) çatdığını açıqlayıb. Apreldə ticarət kəsiri 462,5 milyard yen (3 milyard dollar) təşkil edib. Əvvəlki ayın ticarət kəsiri 366,5 milyard yen olub.
7NEWS.az








