7NEWS.az xəbər verir ki, Dünyanın ikinci ən böyük ehtiyatına sahib ölkə Yaponiyanın valyuta ehtiyatları 2023-cü ilin son ayında 24,93 milyard dollar artıb. Yaponiya Maliyyə Nazirliyinin verdiyi açıqlamaya görə, ölkənin valyuta ehtiyatları 1 trilyon 294,6 milyard dollara çatıb. Əvvəlki ayda ehtiyatlar 1 trilyon 269,7 milyard dollar səviyyəsində idi. Ölkənin qiymətli kağızları 982,7 milyard dollardan 1 trilyon 5,2 milyard dollara yüksəlib.
7NEWS.az








