7NEWS.az xəbər verir ki, Yaponiya Maliyyə Nazirliyinin verdiyi açıqlamaya görə, ölkənin valyuta ehtiyatları 1 trilyon 281,5 milyard dollara çatıb. Əvvəlki ayda ehtiyatlar 1 trilyon 291,8 milyard dollar səviyyəsində idi. Ölkənin qiymətli kağızları 1 trilyon 0,8 milyard dollardan 1 trilyon 145,2 milyard dollara yüksəlib. Həmin ay qızıl ehtiyatları 55,59 milyard dollardan 55,71 milyard dollara yüksəldi.
7NEWS.az








