7NEWS.az xəbər verir ki, Yaponiya Sahil Mühafizəsi ABŞ-ın Osprey hərbi təyyarəsinin Yaponiyanın Yakuşima adası yaxınlığında okeana düşdüyünü və göyərtəsində 8 ekipaj üzvünün olduğunu açıqlayıb. ABŞ ordusunun sözçüsü AFP-yə təyyarənin qəzaya uğradığını təsdiqləyib. Qəza yerli vaxtla saat 14.47 radələrində baş verib və məlum olub ki, qəzaya uğramazdan əvvəl təyyarənin mühərrikində yanğın başlayıb.
7NEWS.az








