Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata əsasən, şəhər sakini, Sevil Qazıyeva küçəsi ev 36-da yaşayan 30 yaşlı Vüsal Əliyev yolu keçmək istəyərkən "VAZ 21 07" markalı avtomobil tərəfindən vurulub. Nəticədə adıçəkilən şəxs ətrafda olan insanların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Yaralıya ilkin tibbi müdaxilə edilib və hazırda vəziyyəti stabildir.
Polis isə hadisə yerindən qaçan avtomobilin sürücüsünü axtarır./milli
7news.az








