RU
Yaralı erməni hərbçilərin sayı artır
18:06
952

Yaralı erməni hərbçilərin sayı artır

Ermənistan Müdafiə Nazirliyinin Baş Klinik Xəstəxanasında hazırda 32 hərbçisi müalicə alır.

7News.Az `News.am`-a istinadən xəbər verir ki, bu barədə Ermənistan ordusunun polkovniki Kamovar Xaçaturyan məlumat verib.

Onun sözlərinə görə, hərbçilərin 5-nin vəziyyəti ağırdır. 

Yaralı hərbçilərdən 4-nün bədən orqanları amputasiya olunub. Bir hərbçi isə hər iki ayağını itirib. Kamo Xaçaturyan yaxın günlərdə Qarabağdan gətiriləcək yeni yaralılarla birlikdə xəstələrin sayının da artacağını bildirib.

Xaçaturyan qeyd edib ki, hospitalda əsasən orta ağır və ağır yaralılar müalicə alır: “Yerdə qalanlar isə qarnizon hospitallarına yerləşdirilir”. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ